image-reklam-veteninfo
image-3backend

Dünyanın tanımadığı ölkə: 100 min türk bu ölkəyə köçmək istəyir

image-reklam-veteninfo

Serbiya ilə Xorvatiya arasında yerləşən iddiasız ərazidə qurulan Liberland Respublikasına Türkiyədən böyük maraq olduğu bildirilir.

Vətəninfo.az xəbər verir ki, Liberlandın prezidenti Vit Yedliçka açıqlayıb ki, Türkiyədən təxminən 80 min nəfər bu ölkənin vətəndaşlığını almaq üçün müraciət edib. O, İstanbulda keçirdiyi görüşlər zamanı bu marağın xüsusilə diqqətçəkici olduğunu vurğulayıb.

Yedliçka Türkiyəyə səfəri çərçivəsində siyasətçi Gürsel Tekin ilə də görüşüb. Görüşdən sonra təşkil olunan mətbuat konfransında çıxış edən Liberland lideri bildirib ki, müraciət edənlərin hamısı cavab gözləyir və ölkəyə qoşulmaq istəyən “çox həvəsli türk icması” formalaşıb.

Onun sözlərinə görə, müraciətlərin böyük hissəsi blokçeyn texnologiyalarına maraq göstərən şəxslərdən gəlir və bu sahədə aparılan təşəbbüslər marağı daha da artırır.

Yedliçka həmçinin qeyd edib ki, mövcud şəraitdə müəyyən məhdudiyyətlər olsa da, normal hallarda Liberland təxminən 100 min nəfərlik əhalini qəbul etmək potensialına malikdir. Bununla yanaşı, hazırda əsas diqqət “e-rezidentlik” sisteminə yönəlib və fiziki məskunlaşma üçün hazırlıq işləri davam etdirilir.

image-1 image-2




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki