image-1jbackend

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinə müdir təyin olunub

image-reklam_sirab_01

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinə müdir təyin olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Mübariz Qafarşah oğlu Hacıbəyov

Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

M.Hacıbəyov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2005-ci ildə riyaziyyat üzrə

fəlsəfə doktoru, 2018-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

Qeyd edək ki, M.Hacıbəyov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunda çalışıb

və Milli Aviasiya Akademiyasında Ali riyaziyyat kafedrasının professoru vəzifəsini icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki