image-reklam-veteninfo
image-elsad-manset-jpgbackend

Elşad Abdullayev HƏMAS terror təşkilatına 67 min dolları necə göndərib?

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, redaksiyaya daxil məlumatlara əsasən, Fransada fəaliyyət göstərən Fransan müdafiə nazirliyinin “kəşfiyyat qəzeti” Elşad Abdullayevin Putinlə əlaqəli fonda dəstək göstərdiyini və HƏMAS üzvlərinə yardım etdiyini aşkarlayan material yayımlayıb.

image-elsad24-jpg

Məlumatda uzun illər İsrailə və yəhudi xalqına qarşı gizli fəaliyyət aparan HƏMAS terror təşkilatına  Elşad Abdullayev  oğulları Elşan Abdullayev və Eltaj Abdullayev vasitəsilə maliyyə dəstəyi verdiyi iddia olunur. Mətnə görə, Eltaj Abdullayev Dubay və Parisdə kiçik biznes görüntüsü altında fəaliyyət göstərir və Dubayda İrandan gələn şəxslərlə görüşərək HƏMAS üzvlərinə maliyyə vəsaiti ötürür. Eyni zamanda, onun qardaşı Elşan Abdullayevin (Moskvada yaşadığı bildirilir) və anaları Reyhan Əhmədovanın da gizli şəkildə Dubaya səfərlər etdiyi və Eltaj Abdullayev vasitəsilə müxtəlif qruplara maliyyə yardımı göstərdiyi iddia edilir.

image-elsad-jpg

Bundan başqa Elşad Abdullayevin Parisdə yaşayarkən Rusiya xüsusi xidmət orqanlarının (FSB) gizli təsir agenti kimi fəaliyyət göstərməkdə ittiham olunduğu bildirilir.

İstintaq zamanı onun Rusiyadakı HƏMAS tərəfdarlarına, həmçinin “Putin Fondu” adlanan quruma milyonlarla vəsait köçürdüyü barədə iddialar irəli sürüldüyü qeyd olunur.

image-elsad2-jpg

Qeyd edək ki, 2025-ci ilin dekabrında Elşad Abdullayev  Azərbaycan məhkəməsi tərəfindən qiyabi şəkildə 15 il həbs cəzasına məhkum edilib.

image-elsad1-jpg

Məlumatda eyni zamanda Fransa hüquq-mühafizə orqanlarının və diaspor nümayəndələrinin onun Parisdə və şəhərətrafı ərazilərdə, xüsusilə Île-de-France bölgəsinin Mennecy kommunasındakı mənzillərinə maraq göstərdiyi və yaşayış ünvanına baş çəkdiyi deyilir.

Fransa təhlükəsizlik xidmətlərinin və polisin, dələduzluq və xarici kəşfiyyatla (FSB) mümkün əlaqələr barədə iddialardan sonra Abdullayevin yaşayış yerində yoxlamalar apardığı bildirilir. Parisdəki əmlakının alınmasına sərf olunan pulların mənşəyi və qaçqın statusunun qanuniliyi araşdırılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki