image-reklam-veteninfo
image-111backend

Emin Ağalarov Afrikanın uzaq krallığında tikintiyə başlayır – XÜSUSİ DƏVƏT

image-reklam-veteninfo

İş adamı Emin Ağalarov Afrikanın uzaq krallığı Esvatinidə də tikinti layihələri həyata keçirməyə hazırlaşır.

Vətəninfo.az  xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Emin Ağalarov Esvatinidə keçirdiyi bir günlük səfər çərçivəsində tikinti üçün nəzərdə tutulan ərazilərə baxış keçirdiyini, danışıqlar apardığını və ölkə kralı III Msvatinin şəxsi qəbulunda iştirak etdiyini bildirib.

İş adamı paylaşımında səfərin intensiv qrafikinə də diqqət çəkib:

“Esvatinidə bir sutka ərzində tikinti üçün nəzərdə tutulan ərazilərə baxmağa, ofisdə danışıqlar aparmağa, Kral III Msvatinin şəxsi qəbulunda onun dəvəti ilə iştirak etməyə və böyük konsertə baxmağa vaxt tapdıq. Cəmi üç saat yatdıq, indi isə Moskvaya yola düşürük. Yolumuz uzundur. Bax, belə bir iş qrafikimiz var”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki