image-25backend

Emin Əmrullayev: “Məqsədimiz təhsili distant etmək yox, nəyəsə nail olmaqdır”

image-reklam_sirab_01

“Distant təhsil pandemiyadan sonra bizə qalan miras olacaq. Məqsədimiz təhsili distant etmək yox, bununla nəyəsə nail olmaqdır”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev UNEC İqtisadi Forumu çərçivəsində “Postpandemiya dövründə elm və təhsil” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzən distant təhsilin ucuz başa gəldiyi barədə fikirlər səsləndirirlər: “Hesab edirəm ki, distant təhsil heç də hər zaman ucuz deyil. Hibrid modellər mütləq olmalıdır, amma bunun necə olması olduqca vacibdir. Təhsil proqramları modern olmalıdır və tələblərə cavab verməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki