“Mənə göstərilən etimata görə təşəkkür edirəm”.
Vətəninfo.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilən Emin Əmrullayev mətbuat konfransında deyib.
O bildirib ki, basketbolun inkişafının qısa müddətli formulu yoxdur: “Orta məktəblər və ali təhsil müəssisələrində basketbolun həyatın bir hissəsinə çevrilməsi bizim əsas hədəflərimizdən biridir”.
E.Əmrullayevin sözlərinə görə, digər idman növlərində olduğu kimi basketboldada durğunluq olub: “Bunun da əsas səbəbi pandemiya idi. İlk 6 ay ərzində mediaya planlarla bağlı məlumat verəcəyik. Bu sahə planlaşdırılmış iş tələb edir. Milli komandanın neçə oyunçu arasından formalaşması da başqa mövzudur. 100, 1000 və 10000 nəfər arasından seçim ola bilər”.