image-reklam-veteninfo
image-images-5backend

 Əraqçı: ” ABŞ-nin Hörmüzdəki “Azadlıq Layihəsi” dalana dirənmiş təşəbbüsdür” 

image-reklam-veteninfo

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Hörmüz boğazında başladığını elan etdiyi “Azadlıq Layihəsi” əməliyyatını sərt tənqid edib.

Vətəninfo.az xəbər verir ki, Əraqçı “X” hesabında bildirib ki, Hörmüz boğazında baş verən son hadisələr siyasi böhranın hərbi yolla həllinin mümkün olmadığını açıq şəkildə ortaya qoyur.

O, Pakistanın vasitəçilik səyləri nəticəsində danışıqlar prosesinin irəlilədiyini qeyd edərək, Vaşinqtonu yenidən “pis niyyətli tərəflər” vasitəsilə bataqlığa sürüklənməməyə çağırıb. İran XİN rəhbəri bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərini də istisna etməyib.

Əraqçı ABŞ-nin təşəbbüsünü “Azadlıq Layihəsi” deyil, “dalana dirənmiş layihə” adlandırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki