image-reklam-veteninfo
image-1backend

Əraqçi: ABŞ yenidən İrana hücum etsə, cavab amansız olacaq

image-reklam-veteninfo

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün, 20 mayda bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatların bərpası halında Tehran Vaşinqtona yeni “sürprizlər” təqdim edə biləcək.

Vətəninfo.az xəbər verir ki, o, X sosial şəbəkəsində yazıb: “Əldə edilən dərsləri və qazanılan bilikləri nəzərə alsaq, müharibəyə qayıtmaq yenə də bir çox sürprizlər gətirəcək”.

Əraqçi qeyd edib ki, İranla müharibənin başlamasından bir neçə ay sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla təyyarənin itirilməsini etiraf edib. Onun sözlərinə görə, İran silahlı qüvvələri geniş reklam olunan F-35 qırıcı təyyarəsini ilk vuran olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki