image-reklam-veteninfo
image-1backend

Əraqçı : “Hörmüz boğazında heç bir maneə yaratmamışıq” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, bu gün Hindistanda keçirilən BRİKS sammiti çərçivəsində jurnalistlərə müsahibə verən İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə maneə yaratmayıb.

“Hörmüz boğazı hazırda ən çox ABŞ-nin təcavüzü və tətbiq etdiyi blokadadan əziyyət çəkir. Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, ancaq onlar bizim dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər”, – deyə, Əraqçı bildirib.

İranın Hörmüz boğazında heç bir maneə yaratmadığını vurğulayan nazir əlavə edib: “Blokadanı yaradan Amerikadır və ümid edirəm ki, bu vəziyyət ABŞ tərəfindən tətbiq edilən qanunsuz blokadanın qaldırılması ilə başa çatacaq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki