image-erdoganbackend

Ərdoğan Putini Türkiyəyə dəvət etdi-Zelenski ilə görüş üçün 

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşü zamanı ona Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyədə görüşməyi yenidən təklif etdiyini bildirib.

 

Vətəninfo.az  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Əvvəldən demişdim ki, Ukrayna müharibədə qalib gələn tərəf olmayacaq. Yerdəki çətinliklərə baxmayaraq, mən də əminəm ki, böhran danışıqlar masası arxasında həll olunacaq. Putinə bir daha xatırlatdım ki, onunla Zelenski arasında görüşü qəbul edə bilərik”, – Ərdoğan təyyarədə jurnalistlərlə söhbətində deyib.

O, “regional və qlobal sülh naminə” Rusiya ilə bütün sahələrdə dialoqu inkişaf etdirməyə davam edəcəklərini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki