image-erdogan-pasinyanbackend

Ərdoğan və Paşinyan görüşü məlum oldu-PRAQADA GÖRÜŞƏCƏKLƏR

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında ilk təkbətək görüşün cümə axşamı Praqada keçirilməsi planlaşdırılır.

Vətəninfo.az RİA Novosti qəzetinə istinadən xəbər verir ki, sabah Türkiyə vaxtı ilə saat 19:00-da prezident Ərdoğan Praqada Ermənistanın baş naziri Paşinyanla ikitərəfli görüş keçirəcək.

Bundan əvvəl Türkiyə rəhbəri belə bir görüşün mümkünlüyünü açıqlamışdı. Bu normallaşma prosesinin bərpasından sonra Türkiyə və Ermənistan liderləri arasında ilk üzbəüz görüş olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki