“Güclü Ermənistan” müxalif seçki blokunun lideri Rusiyalı milyonçu Samvel Karapetyan seçkiqabağı təbliğatında erməniləri qorxulu ağlasiğmaz nağıllarla hədələyir.
O, Moskva mənbələri tərəfindən ortayaya atılan cəfəng şayiələrdən istifadə edərək, bəyan edib ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərinin əsl məqsədi yaxın vaxtda ölkəyə 300 000 azərbaycanlı qaçqının yerləşdirilməsidir.
Karapetyan jurnalistlərə bildirib ki, “Paşinyan Ermənistana 300 min azərbaycanlı gətirəcək, bu da o deməkdir ki, ordumuzda 10 min azərbaycanlının xidmət etməyinin şahidi olacağıq.”
Dərin sarsıntı keçirən və miflərinin puç olmasını yaşayan Ermənistan cəmiyyətinin ən “qorxulu yuxusu” Azərbaycan və azərbaycanlılardı, ona görə də erməni siyasətbazları bundan məharətlə istifadə etməyə çalışırlar. Belə cəfəng və gülünc nağıllar erməni cəmiyyətini inandırırsa, bu cəmiyyətin ciddi psixiki problemləri olmasına dəlalət edir.
Xatirladaq ki, Ermənistanda parlament seçkiləri bu il iyunun 7-də keçiriləcək. Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” blokunun əsas rəqibləri rusiyapərəst güvvələrdir.


























