image-eliyev-misel-pasinyanbackend

Erməni müxalifəti: Paşinyan Qarabağdan imtina edib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,ötən gün Brusseldə Avropa ittifaqının prezidenti Çarlz Mişelin təşəbbüsü ilə baş tutan İlham Əliyev-Nikol Paşinyan görüşündən sonra, Ermənistanın müxalifət liderləri,siyasi ekspertlər,media yazarları baş naziri satqınçılıqda ittiham eədərk,yenidən hədəfə alıblar.

Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin müxalifətdən olan keçmiş sədri Armen Aşotyan özünün facebook sosial şəbəkədəki hesabında paylaşdığı açıqlamasında bildirir ki,Brüsseldəki görüş, proqnozlaşdırdığı kimi, Nikolun nəhayət, Artsaxdan( Qondarma qurumu nəzərədə tutur)  imtina etməsi üçün əsas olur.

Aşotyan bildirib ki, Paşinyan öz xalqına böhtan atmaq üçün özünün fırıldaqçı hökumətinin saytındakı keçirilən  görüşlə bağlı mənasız mesajdan sonra Çarlz Mişel öz xülasəsini yayımlayıb və Paşinyanı növbəti dəfə ifşa edib:

“Mən sizə Çarlz Mişelin yayımladığı xülasəsindən bir paraqrafı təqdim edirəm.

1. Əslində Azərbaycanın tələbi yerinə yetirilir. tərəflər “sülh sazişi”nin hazırlanmasına başlayır və xarici işlər nazirləri mətnin layihələri üzərində işləmək üçün bir ay ərzində görüşəcəklər.

2. Qeyd olunan bənddə bu razılaşmanın Artsax məsələsinə aid edilməyəcəyi, yəni rəsmi İrəvan Artsaxdan imtina edərək onu Rusiyaya, ya bəxtinə, ya da Azərbaycanın ixtiyarına qoyur.

3. Yeri gəlmişkən, əgər əvvəlki görüşün bəyanatında “Dağlıq Qarabağ” “Qarabağ” oldusa, indi bu barədə heç bir söz yoxdur ki, bu da Bakının nöqteyi-nəzərini bir daha tam ifadə edir.

Ümumiləşdirsək, bu, növbəti dövlətə xəyanətdir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki