image-tavusbackend

Ermənistan növbəti təxribata hazırlaşır-SON DƏQİQƏ

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, sentyabırın 12-dən 13-nə keçən gecə Ermənistan ordusunun diversiya quruplarının Azərbaycan sərhəddini pozaraq Laçın,Kəlbəcər,Daşkəsən və Zəngilan istiqamətlərində hücum əməliyyatına Azərbaycan ordusunun vermiş olduğu cavab deyəsən işğalçı ölkəyə dərs olmayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia edilir ki,Ermənistan növbəti təxribata hazırlaşır. Yayılan xəbərlərdə iddia edilir ki, bu dəfə onlar Tavuş vilayətinə ordu toplayırlar.

Qeyd edək ki, bu vilayətə əsasən Azərbaycanın Qazax,Ağstafa və Tovuz rayonları həmsərhəd və yaxın ərazilərdir.

“Ermənistan Respublikasının ehtiyatda olanlar” təşəbbüsünün həmtəsisçisi Arsen Vardanyan isə erməni mediasına açıqlamasında bildiirb ki,2018-ci ildən yaradılan və erməni diasporası tərəfindən maliyələşdirilən ehtiyatda olan hərbiçilərin təşkilatının bütün ərzaq,geyim və digər ləvazimatları mövcududr.O bildirib ki, ehtiyatda olan hərbiçilər indi həm Zəngəzur istiqamətində,eyni zamanda Tavuş istiqamətində sərhəd boyu ordu birlikləri ilə yan-yana dayanıblar.

Məlumatlara görə Azərbaycan ordusunun qeyd olunan sərhəd boyu mövcud olan qüvvələrinin apardığı müşahidələrdə də düşmən ölkənin tavuş istiqamətində Rusiya istehslı olan balistik raket kopleksləri gətirdikləri aşkarlanıb.

Məlumata görə Ermənilərin bu tip cəmləşmə prosesi Azərbaycan ordusunun tam nəzarəti altındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki