image-324121815_1310334346475037_3637329272664896336_nbackend

Ermənistan Rusiya ilə niyə tam qarşıdurma nöqtəsinə çatıb? Ermənilərin Moskvaya qarşı üsyanı

image-reklam_sirab_01
İrəvanın Moskvaya qarşı üsyanı kənardan necə görsənir? Vətəninfo.az xəbər verir ki, iranlı jurnalist və siyasi fəal Əli Əkbər Ruhnəvaz öz Telegram kanalında yazıb:
“Ölkəsinin 44 günlük Qarabağ savaşında biabırçı məğlubiyyətindən sonra Paşinyan zərif və incə hiylələrlə özünü Moskvaya sadiq göstərməyə cəhd etsə də, Putin və Kreml rəsmiləri Ermənistanın anti-Rusiya və rusofobiya etirazları nəticəsində hakimiyyətə gələn baş nazirə aldanmaqdan daha ağıllı idilər və bu, indi də belədir.
İndi Nikol son simə vurub və Rusiyanın Bakı-Yerevan münaqişəsində susması dediyi qəzəbdən qaynaqlanan sərt şəkildə bildirib ki, Moskvanın bu davranışı o deməkdir ki, Rusiya ordusunun Ermənistanda olması (hərbi müqavilə) nəinki təhlükəsizliyə zəmanət vermir, həm də Yerevanın təhlükəsizliyinə təhdid yaradır!
Rəsmi Moskvaya qarşı bu misilsiz bəyanatların Ermənistanın daxili auditoriyası və Paşinyanın anti-Rusiya tərəfdarlarının dəstəyini qazanmağa hesablandığı inandırıcı görünmür;
O, son zamanlar Azərbaycana qarşı apardığı geniş təbliğat və kampaniya, Bakının ərazi təcavüzü iddiaları və Rusiyaya olan məyusluğu ilə, NATO və əsasən Fransanı Cənubi Qafqaz regionuna sürükləməyə çalışır.
Unutmayaq ki, ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ötən ilin avqustunda İrəvana səfəri zamanı qərbyönlü Paşinyanın qulağına oxumuşdu ki, Rusiyanın çürük ipi ilə quyuya enmək düzgün deyil!
Məhz bu əsasla Rusiya Cənubi Qafqazdakı geosiyasi maraqlarına görə nəyin bahasına olursa olsun səmərəsiz və etibarsız müttəfiqlərinə (Ermənistana) ümid bəsləmək istəmir.
Elə buna görə də, Cənubi Qafqaz indi siyasi təlatüm mərhələsinə çatıb və hazırda biz Ermənistan hakimiyyətinin ən qəribə siyasi hərəkətlərinin və “İrəvanın Rusiya ilə tam qarşıdurmasının” şahidi oluruq.
Ukrayna müharibəsi və Ermənistanın Moskvaya qarşı üsyanı zamanı Cənubi Qafqazda siyasi və ola bilsin ki, hərbi proseslərin gələcəkdə necə gedəcəyini gözləməliyik”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki