image-1683875295_1625216703361265207_1200x630backend

Ermənistan sülh prosesinin pozulmasını istəyir – SPİKER

image-reklam_sirab_01

Mayın 10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova bildirib.

“Erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, digər hərbi qulluqçumuz Mahmudlu Müslüm Vidadi oğlu isə başından ağır yaralanıb. Təxribatın qarşısının alınması üçün Azərbaycan Ordusu lazımi addımları atıb. Törədilən təxribata görə bütün məsuliyyət Ermənistan siyasi hakmiyyətinin üzərinə düşür. Aydındır ki, burada əsas məqsəd Ermənistan tərəfinin sülh prosesinin pozulmasını istəməsidir”, – deyə Milli Məclis sədri vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki