image-irevanbackend

Ermənistan sürətlə-BOŞALIR

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlişi,onun erməni cəmiyyətinin və dövlətinin sosial-iqtisadi,eyni zamanda siyasi inkişafı istiqamətində yenliklər edəcəyi gözlətiləri deyəsən fiaskoya uğrayır.

Həm regional,eyni zamanda beynəlxalq iqtisadi təhlilçilər hesab edirlər ki, Ermənistanın  sosial-iqtisadi inkişafı, ilk növbədə regional beynəlxalq komunikasiyaların  işlək olmasından asılıdı. Ekspertlərə görə, rəsmi İrəvan 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı,ölkənin sosial-iqtisadi tənəzzülünün qarşısını almaqda ciddi sıxıntılar içərisindədir.

Elə bu səbəbdəndir ki,  Ermənistanın iqtisadiyyatı, rəsmi statistikaya görə, “möcüzələr” göstərərkən, insanlar ölkəni tərk etməkdə davam edir. Baxmayaraq ki, məntiqlə bunun əksi olmalıdır. iqtisadiyyat çiçəklənirsə, on minlərlə iş yeri yaradılırsa, fəhlə problemi varsa, maaşlar ikirəqəmli artırsa və hakimiyyət sülh dövrünü açmağa hazırlaşırsa, insanlar getməməlidir, qayıtmalıdır. Amma gedirlər.

image-meshur

Milli Məclisin üzvü Məşhur Məmmədov Ermənistandakı vəziyyət təhlil edən zaman bildirib ki, bu ilin birinci yarısında Ermənistana qayıdanların təxminən 40 mindən çox vətəndaş tərk edib: “ Ermənistandakı müstəqil sosial-iqtisadi təhlilçilərin yaymış olduqları hesabatlardan görünür ki, ölkəni tərk edən ermənilərin niyə ölkəni tərk etmələrini təxmin etmək bir o qədər də çətin deyil.  Erməni cəmiyyətində gələcəyə inam yoxdur və insanların ölkəni tərk etməsinin əsas səbəblərindən biri də budur. Amma açıq demək lazımdır ki, burda bütün günah Nikol Paşinyan iqtidarında deyil. Ondan əvvəlkilərin, Köçəryan və Sarkisyan iqtidarları dövründə,ölkə demək olar ki, talanıb,Azərbaycanla silahlanma yarışına girərək, Rusiyanın anbarlarda çürüyən silahlarına milyardlarla dollarlar sərf olunub. Düzdür bu silahların bir çox hissəsini Rusiya  ermənilərə hədiyyə etsə də, Ermənistanı davamlı özündən asılı bir vəziyyətdə saxlamaq üçün milyonlarla dollarlıq kredit müqavilələri müqabilində bu silahları verib. Amma daxildə insanların günü-gündə sosial-iqtisadi vəziyyəti daha da ağırlaşamağa məhkum edilib”. Məşhur Məmmədov vurğulayıb ki, Ermənistan əhalisi təkcə müharibədən dərhal sonra deyil, indi də ölkədən getdilər. Açıqlanan rəsmi rəqəmlərdə müharibədən sonra 73 mindən çox erməni ölkələrini tərk edərək geri qayıtmayıb. Bu sadəcə qeydiyyatda olan rəqəmdi. Qeyri-rəsmi isə bu rəqəm təqribən 200-250 minə yaxındı.  Ölkəyə qayıdanlar da əsasən Covid və bunun nəticəsində yaranan səyahət məhdudiyyətləri idi: “Amma bu, süni dayandırma idi. Sərhədlərin açılması ilə ermənistan yenidən sürətlə boşalmağa başladı.düzdü 44 günlük müharibə zamanı xaricdə olan müəyyən ermənilər,ölkəyə qayıdıb Azərbaycana qarşı müharibədə iştirak etmək istədilər. Amma Azərbaycanın sürətli hücum taktikası,havadan və sahədə həyata keçirilən  ardıcıl uğurlu əməliyyatlar bu gələnlərin gözünü ciddi şəkildə qorxutdu. Hər gün minlərlə erməni meydləri İrəvana aparılanda onlar ardıq Ermənistan qayıdıb müharibədə iştirak etmək arzularında peşman olmuşdular”. Millət vəkili vurğulayıb ki, erməni cəmiyyətinin böyük bir hissəsinin gəlirləri aşağı səviyədədir, İnflyasiya səviyyəsi əhalinin böyük əksəriyyətinin gəlir artımından dəfələrlə yüksəkdir. Çoxlarının gəlirləri, hətta belə yüksək inflyasiya şəraitində belə, heç dəyişməyib: “Ermənistanda əhalinin gəlirləri aşağıdır və insanlar daha yaxşı pul qazanmaq ümidi ilə başqa ölkələrdə həyat şəraiti axtarırlar”.

 

Vətəninfo.az İnformasiya şöbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki