image-628de217f1631628de217f16321653465623628de217f162f628de217f1630backend

Ermənistan təcavüzü nəticəsində dəyən ziyanın aradan qaldırılması üçün xərclənən vəsait açıqlanıb

image-reklam_sirab_01

“2022-ci ildə də pandemiya səbəbindən bir sıra dövlət müəssisələrimiz problemlərlə üzləşib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hesabat ili ərzində dövlət büdcəsi gəlirlərinin dövlət büdcəsi xərclərini üstələməsi səbəbindən yerdə qalan vəsaitin 800,0 milyon manat hissəsi xarici dövlət borcu üzrə bir sıra öhdəliklərin (470,6 milyon ABŞ dolları) vaxtından əvvəl ödənilməsinə yönəldilib: “Nəticə etibarı ilə 2021-ci il ərzində dövlət borclarının yenidən maliyyələşdirməsi üzrə həyata keçirilən əməliyyatların həcmi 1492,9 milyon manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 783,3 milyon manat çoxdur. Təkcə xaricdəki diplomatik nümayəndəliklərimizin, ticarət nümayəndəliklərimizin saxlanmasına 129 milyon manat vəsait ödənilib. Prezidentin Ehtiyat Fondundan 470 milyon manat vəsait istifadə edilib. Eyni zamanda Ermənistan təcavüzü nəticəsində ölkəmizin bir sıra şəhərlərində dağıntılar olmuşdu. Onların bərpası üçün 48,9 milyon manat vəsait ayrılıb. Ermənistan təcavüzü nəticəsində əhalinin problemlərinin aradan qaldırılması üçün ehtiyat fonddan 12,2 milyon manat vəsait yönəldilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki