image-download-2backend

Əsabil Qasımov bizi zorla evimizdən çıxardır-SƏDRƏDDİN QARAYEV

image-reklam_sirab_01

Veteninfo.az-a bu haqda məlumat verən Nəsimi rayon Mikayıl Rəfili 11 ünvanda yaşayan Sədrəddin Qarayev bildirib ki,onların yaşadığı ərazidə,sabiq millət vəkili,hər kəsin “Un kralı”kimi tanıdığı sabiq deputat Əsabil Qasımova məxsus “Azəri”MTK şirkəti,qanunla haqlarını ödəməkdən imtina edir və mövcud bazar qiymətlərinə uyğun mənzillərini almaq yerinə,zorla,polis gücü ilə evlərindən çıxarmağa çalışır. Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq və rayon İH-dən bildirildi ki,adı keçən ünvanda pilot lahiyyə həyata keçirilir və lahiyəni həyata keçirən şirkət hər bir kv.m-nə görə  bazar qiymətindən də yüksək vəsait ödəyir.Amma bəzi sakinlər 50 kv.m sahəsi olduğu halda ikiqat, üçqat vəsait tələb edir. Buna da lahiyəni həyata keçirən şirkət tərəfindən imtina edilir. Şirkətin sabiq millət vəkilinə məxsusluğuna gəlincə isə,müxbirimiz Əsabil Qasımovla əlaqə saxlayıb və Əsabil Qasımov bildirib ki, o qeyd olunan ərazidə hansısa pilot lahiyə həyata keçirməklə məşğuı deyil: “Kim deyir ki,mən orda bina tikirəm.Deyilənlər yalandır mən ev-zad tikib eləmirəm”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki