“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində respublikanın müxtəlif regionlarında xeyriyyə tədbirləri keçirilməkdə davam edir.
Belə ki, “Əsgərə xatirə kitabı” layihəsinin təşkilatçılığı və Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə şəhid XTQ giziri Fariz Şixəliyevin yadigarı Əli Şixəliyevin kiçik toy mərasimi təşkil edilib.
Mərasimdə Müdafiə Nazirliyinin rəsmi şəxsləri, Milli Məclisin deputatları, ziyalılar, iş adamları o cümlədən şəhidin ailə üzvləri iştirak etmişdir.
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi-Şəxsi Heyyətin Baş İdarəsinin Qadınlar və Hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə müdiri Zümrüd Səmədova, Milli Məclisin deputatı Vüqar İskəndərov, Həyat Fondunun icraçı drektoru, sahibkar-xeyriyyəçi Hacı Nuran və digər şəxslər çıxış edərək öz təbriklərini çatdırıblar.
“Əsgərə Xatirə Kitabı”nın Layihə rəhbəri Nuranə Şixəliyeva dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etməyin və şəhidlərimizin xatirəsini əziz tutmağın hər kəsin vətəndaşlıq borcu olduğu qeyd edib, bundan sonra da Vətən müharibəsi şəhidləri, qaziləri və iştirakçıları ilə mütəmadi görüşlər keçirəcəklərini, onları ziyarət edəcəklərinitədbir iştirakçılarının diqqətinə çatdırıb.
Onlar təkcə “Əsgərə Xatirə” layihəsinin üzvü olaraq deyil, cəmiyyətin və xalqın dostudurlar. 7 il ərzində “ilk”lərdən oldular, Yeni islahatları ilə ideyalarından yarandılar, yaxşılıq üçün çalışdılar ən yaxşılardan oldular, harada çətin anlar varsa, onu aradan qaldırmaq üçün qətiyyət göstərdilər, prinsiplərindən dönmədilər, tapşırıq gözləmədilər, təşəbbüs göstərdilər, əl uzatdılar, kömək etdilər, göz ağartmadılar-üz ağartdılar, yola vermədilər-yol verdilər, gələcəyimiz olan igid yadigarlarına yeni yol açdılar. Yeni yol açmağı bacaran ”Əsgərə Xatirə” layihəsinin komandasına eşq olsun! Qələbəmiz əzəli və əbədi olsun.
Mərasimdə şəhidlərin xatirələri yad edilmiş, Azərbaycanın haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdikləri diqqətə çatdırılmış, onların həyat yolunun bundan sonrakı nəsillərə örnək olduğu vurğulanmışdır.
Şəhidlərimizin döyüş yolundan söz açan şəhid ailələri övladlarının qəhrəmanlığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıdan razılıqlarını bildirmişlər.
Qeyd edək ki, “Əsgərə xatirə” Layihəsi yarandığı gündən daima dövlət və dövlətçilik maraqlarına uyğun olaraq bir çox sosial aksiyalar, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, həmçinin əsgərlərin döyüş ruhunun yüksəldilməsi istiqamətində bir çox təbirlərə təşkilatçılıq edib.
“Əsgərə xatirə” Layihəsinin komanda bu istiqamətdə tədbirlər davam etdirilir.