Şamaxı Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.
Veteninfo xəbər verir ki, bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Etibar Sevincək oğlu Muradlı başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Muradlı Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi elmləri fakultəsində təhsil alıb, yeni təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Aparatında, daha sonra Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində çalışıb.