image-reklam-veteninfo
image-1backend

Everesti necə fəth etmək olar? -Dözüm, inadkarlıq və 150 min dollar…

image-reklam-veteninfo

Everest, dünyanın 14 ən yüksək zirvəsindən biridir və Himalay dağlarının bu hissəsində, Çin-Nepal sərhədində yerləşir. Yaşı 60 milyon ildən artıq olan Himalay dağları və Everest zirvəsi, Hind tektonik piltəsinin Asiya piltəsi ilə toqquşması nəticəsində formalaşıb. Bu geoloji proseslər səbəbindən Everest hər il təxminən 4 mm böyüyür.

Yerli əhali zirvədə ruhların və tanrıların yaşadığına inanır. Lakin Everest həm də çox təhlükəli zirvələrdən biridir: rekord həddə aşağı temperatur, oksigen çatışmazlığı və müxtəlif uçlar da dağın riskini artırır. Zirvədə küləyin sürəti saatda 200 km-ə, gecə temperatur isə -60 dərəcəyə qədər enə bilir. Zirvəyə əsasən yaz və payız fəsillərində qalxılır.

Everest 1856-cı ildə britaniyalı geodezist George Everestin şərəfinə adlandırılıb, baxmayaraq ki, o, heç vaxt bu zirvəyə qalxmayıb. Tibetlilər dağa “Camalunqma”, yəni “kainatın müqəddəs anası”, Nepalılar isə “Saqarmatha”, yəni “dünyanın sahibi” deyirlər.

19-cu əsrdə britaniyalı topoqraflar zirvəni kəşf edərkən uzun müddət onun adını öyrənə bilmədilər. Hindistanlı riyaziyyatçı Rathanat zirvəni görmədən onun hündürlüyünü təxmini hesab etdi. Uzun müddət Tibet və Nepal əhalisi insanları zirvəyə yaxın buraxmırdı, lakin 20-ci əsrin əvvəllərində siyasi vəziyyət dəyişdi.
Zirvənin fəthi ilə bağlı ilk planlar 1910-cu illərdə işlənmişdi, lakin ilk cəhdlər 1921-ci ildə baş verdi. Britaniyalıların bu cəhdi kəşfiyyat xarakterli olub və yalnız 8 min metr hündürlüyə qalxa bilmişdilər. İngilislər 1922 və 1924-cü illərdə də cəhd etdilər, lakin üçüncü cəhd George Mallory və Andrew Irvinin ölümünə səbəb oldu. Həmin il Britaniya ekspedisiyasının daha yeddi üzvü uçun altında qalıb həlak oldu.

1933-cü ildə David MacIntyre və Hersock Douglas Hamilton Camalunqma üzərindən ilk dəfə uçuş həyata keçirdi. Everestdə ilk dəfə 29 may 1953-cü ildə Yeni Zelandiyadan olan alpinist Edmund Hillary və nepallı bələdçi Tenzing Norgay zirvəyə qalxdı. Bu onların altıncı cəhdi idi. Zirvədə şəkil çəkdirərək Böyük Britaniya, Nepal, Hindistan və BMT-nin bayraqlarını sancdılar. Həmin il ikinci Elizabet onları təltif etdi.
Everesti fəth edən ilk qadın 1975-ci ildə yaponiyalı Junko Tabei olub. 1982-ci ildə 11 nəfər sovet alpinisti zirvəyə qalxıb sağ-salamat geri döndü. 1988-ci ildə həm şimaldan, həm də cənubdan Çin, Yapon və Nepal komandaları zirvəyə qalxdı və bu hadisə televiziya ilə nümayiş etdirildi. 1996-cı ildə zirvəyə qalxmaq üçün yola çıxan 15 alpinist geri dönmədi.

8848,43 metr hündürlüyündə olan Everestin zirvəsinə 18 rəsmi marşrut mövcuddur. Zirvəyə qalxmaq 100–150 min dollar xərc tələb edir, iki ay çəkir və bu müddətdə alpinistlər təxminən 15 kiloqram çəki itirirlər. 2010-cu il mayın 22-də 13 yaşlı amerikalı Jordan Romero atası ilə zirvəyə qalxdı. 2013-cü il mayın 23-də 80 yaşlı yapon Yuiro Niura Everestin fəthini tamamladı.

2015-ci ildə baş verən zəlzələ zamanı zirvədə uçun oldu və 19 nəfər həlak oldu. İndiyə qədər Everestin zirvəsinə 10 mindən çox insan qalxıb, onların arasında fiziki məhdudiyyətli şəxslər də var. İl ərzində zirvəyə qalxmaq üçün alpinistlərə təxminən 10 min metr ip lazım olur. Yaranan növbələr və sıxlıq səbəbindən alpinistlər və bələdçilər arasında davalar da baş verir. Bəzi alpinistlər zirvədə nigah bağlayıb. Everestdə internet mövcuddur.

Çin dövləti insan qalıqlarının bir hissəsinin ərazidən çıxarıldığını bildirir, lakin bir çox cəsəd dağın qarlı ətəklərində qalır və alpinistlər onlardan yol istiqaməti kimi istifadə edirlər. Zirvənin son 848 metrlik hissəsi “ölüm zonası” adlanır. Göy qırşağı vadisi isə həlak olan alpinistlərin cəsədlərinin olduğu kədərli mənzərədir. Everestin 8500 metrlik yamacında “yaşıl çəkmələr” adlanan yer var; burada donmuş alpinist cəsədləri istiqamət göstərmək üçün istifadə edilir.

Everest rəsmi olaraq dünyanın ən çirklənmiş dağ zirvələrindən biridir.

Hesablamalara görə, zirvədə 100 min tona yaxın zibil mövcuddur. Nepal hökuməti bununla mübarizə aparır və dağdan enən hər alpinist özü ilə 8 kiloqram zibil daşımalıdır. Əks halda 4 min dollarlıq depozit qaytarılmaya bilər.

Everesti fəth edənlər arasında azərbaycanlılar da var: 2007-ci ildə İsrafil Aşurov, 2023-cü ildə Elmira Aslanova , 2025-ci ildə isə Vəfa Musayeva zirvəyə qalxmağı bacarıb.

Qoşqar Salmanlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki