“Öz tədqiqat qrupumuzla daim elmi axtarışlar edirdik. Pandemiyanın təsiri nəticəsində araşdırmalarımız ixtisar olundu”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumu çərçivəsində “Postpandemiya dövründə elm və təhsil” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
“İşçi qruplarımız bir ildir ki, öz mənzillərində qapalı şəkildə qalıblar. Son 4 ayda ABŞ-da vəziyyət nisbətən düzəlib. Bu da peyvəndləmə nəticəsində mümkün oldu. Yenə də maska taxılmalı və ciddi qoruyucu tədbirlər həyata keçirilməlidir. Son iki ayda çalışdığım təhsil müəssisəsində akademik il başlayandan tələbələr arasında 4 intihar hadisəsi baş verib”, – o bildirib.