“İkinci Qarabağ müharibəsi və qazanılan zəfər Türkiyənin qurtuluş savaşından sonra türk dünyasının ən böyük qələbəsidir. Qazanılan zəfərdən böyük xoşbəxtlik yaşadım. 44 gün davam edən Vətən müharibəsini hər gün izləyirdim”.
Vətəninfo.az xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O xatırladıb ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib: “Özümə söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacam ki, ölsəm gözüm arxada qalmasın. Allaha çox şükür ki, arzumu yerinə yetirdim”.