image-18backend

Fəridə Məmmədova Salyanda dəfn olunacaq

image-reklam_sirab_01

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova ilə vida mərasimi bu gün Bakıda Təzə Pir məscidində keçiriləcək.

Bu barədə “Report”a Tarix İnstitutunun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, tarixçi alim öz vəsiyyətinə uyğun olaraq Salyan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, F.Məmmədova bu gün 85 yaşında dünyasını dəyişib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki