image-3ed663c9-aef6-4562-a90b-4e1667fc784cbackend

Fəxrəddin Altun: Diyarbəkirli analar dünyada ən güclü vətəndaş müqavimətlərindən birini nümayiş etdirir

image-reklam_sirab_01

 

 

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun rəhbərlik etdiyi qurum tərəfindən Hollandiyanın Lahey şəhərində təşkil edilən “PKK-nın uşaqları qaçırmasına qarşı ictimai etiraz: PKK qarşısında Diyarbəkir Anaları Paneli”nin iştirakçılarına video müraciət edib.

PKK terror təşkilatı tərəfindən dağlara qaçırılan övladlarına qovuşmaq ümidi ilə Diyarbəkirli anaların övladları üçün başlatdığı aksiyanın 1000-ci gününə çatdığını xatırladan Altun anaların, övladlarının tələyə salındığını və terror bataqlığından xilas etmək üçün dünyada ən güclü və ən böyük vətəndaş müqavimətlərindən birini nümayiş etdirdiyini bildirib.

Altun, “Diyarbəkirli analar terror qruplarının bütün təhdid və təzyiqlərinə baxmayaraq 1000 gündür davam etdirilən cəsarətin, terrora meydan oxuyan müqəddəs bir müqavimətin hekayəsini yazırlar.”,  – deyib.

Diyarbəkirli anaların əslində istədikləri tək şeyin övladlarına qovuşmaq olduğunu ifadə edən Altun bunları deyib:

“Onlar övladlarının dağlarda PKK tərəfindən zülmə məruz qalmasına üsyan edirlər. Onlar bu gün artıq ölkəmizdə 83 milyonun ortaq səsinə, vicdanına çevriliblər. Hacirə ananın üsyanı və qətiyyətli mövqeyi ilə başlayan bu intizar, geridə qoyduğu 1000-ci günündə övladı əlindən alınan və övlad həsrəti çəkən bütün anaların ümidi oldu. Diyarbəkirli analar 3 sentyabr 2019-cu il tarixindən etibarən yay-qış demədən hər gün övladları üçün etiraz aksiyası keçirir.”

İstər anaların övladları üçün göstərdiyi cəsarət, istərsə də Türkiyənin bölgədə terrorla mübarizə siyasəti nəticəsində etiraz aksiyalarına qatılan ailələrin övladlarını bir-bir təşkilatın qanlı əllərindən almağa başladığını ifadə edən Altun övladlarının terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olması nəticəsində bu günə qədər 35 ailənin övladına qovuşduğunu bildirib.

Altun bu fəryadı, ictimai hərəkatı və etiraz aksiyasını görməzdən gəlməyin, bu səsə məhəl qoymamağın, övlad həsrətiylə alışıb yanan analara dəstək olmamağın mümkün olmadığını vurğulayaraq “Cənab Prezidentimiz ilk gündən bəri Diyarbəkirli anaların bu şərəfli mübarizəsinə dəstək verərək onların yanında olub. Diyarbəkirli analar da Prezidentimizin bu dəstəyinin onları necə cəsarətləndirdiyini, bu dəstəyin onlara necə güc verdiyini hər zaman anladıblar.”, – deyə bildirib.

 

Terror və terrorizmin qlobal miqyasda ortaq və çoxşaxəli bir formada mübarizə tələb etdiyini vurğulayan Altun sözlərinə belə davam edib:

“PKK/YPG-dən İŞİD-ə, DHKP-C-dən FETÖ-yə qədər müxtəlif terror təşkilatlarının təhdid və hücumlarına ən çox məruz qalan ölkələrdən biri olan Türkiyə, dost və müttəfiq ölkələrdən terrorla mübarizədə səmimi həmrəylik və əməkdaşlıq gözləyir. Biz nə olursa olsun, prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “terroru mənbəyində məhv etmək” strategiyası ilə regional və qlobal sülhə xidmət etməyə davam edəcəyik. Terrorun ölkələrimiz, kollektiv təhlükəsizliyimiz və insanlıq üçün yaratdığı təhlükələrə qarşı ayıq olmalı, lazımi tədbirləri görməliyik.”

Diyarbəkir analarının yanında olduqlarını ifadə edən Altun artıq onların göz yaşlarının bitməsini və ən qısa zamanda övladlarına qovuşmalarını arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki