image-reklam-veteninfo
image-images-1backend

Financial Times: Körfəz böhranı qaçılmazdır

image-reklam-veteninfo

“Financial Times” qəzeti yazıb ki, qlobal bazarlar Fars körfəzindəki böhranın tezliklə başa çatacağına ümid etsə də, analitiklər vəziyyətin daha ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Qəzetin məlumatına görə, İran ətrafındakı gərginlik, Hörmüz boğazındakı məhdudiyyətlər və enerji infrastrukturuna dəyən ziyan artıq qlobal təchizat zəncirinə təsir göstərməyə başlayıb. Təxminən 80 gündür neft, LNG və digər strateji məhsulları daşıyan çox sayda tanker boğazdan keçmir.

Bildirilib ki, əvvəllər bölgədən çıxmış yüklər bazarı müəyyən müddət təmin etsə də, yeni daşımaların olmaması yaxın aylarda real çatışmazlıqlara səbəb ola bilər.

Analitiklərin fikrincə, yaranan vəziyyət dünya iqtisadiyyatını ya resursların məhdudlaşdırılması, ya da iqtisadi tənəzzül riski ilə qarşı-qarşıya qoyacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki