İranla müharibə və Hörmüz boğazında yaranan gərginlik qlobal dəniz ticarətinə ciddi təsir göstərib. Financial Times qəzetinin məlumatına görə, bu proses Panama Kanalında tranzit qiymətlərinin rekord həddə çatmasına səbəb olub.
Nəşr yazır ki, kanal üzrə gündəlik tranzit hərracları münaqişədən əvvəlki dövrlə müqayisədə beş dəfə daha çox təklifqəbul edir. Ən çox tələb olunan Panamax şlüzlərindən keçid üçün orta qiymət isə 837.500 dollara yüksəlib.
Məlumata görə, Panama Kanalından keçən gəmilərin təxminən 70%-i məhz Panamax şlüzlərindən istifadə edir. Argus şirkətinin Amerika qitəsi üzrə yük qiymətləri rəhbəri Ross Qriffitin sözlərinə görə, İranla müharibə başlayandan və Hörmüz boğazı bağlanandan sonra hərrac qiymətləri təxminən 10 dəfə artıb.


























