image-80651289backend

Fuad Əbdürəhmanovun xatirəsinə həsr olunmuş “Monumental həyat” sənədli filminin təqdimatı keçirilib – FOTOLAR

image-reklam_sirab_01

Nizami Kino Mərkəzində Azərbaycan heykəltaraşlıq məktəbinin banisi, unudulmaz sənətkar Fuad Əbdürəhmanovun xatirəsinə həsr olunmuş “Monumental həyat” sənədli filminin təqdimatı olub. Filmdə Fuad Əbdürəhmanovun monumental yaradıcılığı, yaratdığı sənət əsərlərinin tarixi və bədii məziyyətlərindən bəhs edilir. Filmin təqdimatında Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Məslisin deputatları, dahi sənətkarın xarici ölkədə yaşayan varisləri və eləcə də Fuad Əbdürəhmanov sənətinin davamçıları və pərəstişkarları iştirak ediblər. Kino Mərkəzinin foyesində Fuad Əbdürəhmanovun sənət əsərlərinin fotolarından ibarət sərgi düzənlənib.

Təqdimat mərasimində Mədəniyyət naziri Anar Kərimov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Məclisin deputatları Cavanşir Feyziyev və Rafael Hüseynov, heykəltaraş Namiq Hüseynov çıxış ediblər. Çıxış edənlər Azərbaycan milli heykəltaraşlıq sənətimizin yaranma tarixi, Fuad Əbdürəhmanovun şəxsiyyəti və yaradıcılığı haqqında öz fikirlərini və xatirələrini bölüşüblər. Sənətkarın Sankt-Peterburq şəhərində yaşayan ailə üzvləri adından Fuad Əbdürəhmanovun nəticəsi Dərya Əbdürəhmanova tədbirin təşkilinə görə Azərbaycan Respublikası mədəniyyət nazirliyinə, layihənin təşkilatçılarına və təqdimat tədbirinin iştirakçılarına öz minnətdarlığını bildirib.

Layihənin rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyev, filmin baş prodyüseri isə istedadlı gənc heykəltaraş Namıq Hüseynovdur. Sənədli film EL TV studiyası tərəfindən istehsal olunub.

  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki