image-img-20220608-wa0016backend

“Gələcəyimizi qoruyaq!” adlı layihəyə start verilib

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə “Gələcəyimizi Qoruyaq!” adlı layihəyə start verilib.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi, polis baş leytenantı Nəcəf Aydınoğlu, Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Rəşad Mehdiyev ilə Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri arasında görüşlər baş tutub.

Görüşlər zamanı dövrün aktual problemi olan narkomaniya və narkobiznesə qarşı aparılan maarifləndirmə və profilaktik mübarizə tədbirlərindən bəhs olunub, bu istiqamətdə mövcud olan hüquqi-normativ baza ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda “ağ ölüm”ün fəsadları, psixotrop maddələrin mənfi təsirləri, o cümlədən təhsilin əhəmiyyəti və mütaliənin üstünlükləri barədə fikir mübadiləsi aparılıb.

Diskussiya formatında davam edən səmimi söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb.

Qeyd olunur ki, layihənin əsas məqsədi gənclər arasında artım dinamikası yüksək olan zərərli vərdişlərə qarşı maarifləndirmə işi aparmaq, qanunun aliliyinin təbliği və qanuna zidd əməllərə qarşı birgə mübarizəyə təşviq etməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki