image-1backend

Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq – Detallar detallar

image-reklam_sirab_01

İlin sonunda 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarının vaxtı açıqlanacaq. Bəzi ekspertlər gələn ilin buraxılış imtahanlarında bir sıra dəyişikliklərin olacağını düşünür.

Vətəninfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva məsələ ilə bağlı danışıb.

O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənnləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib: “Ötən il hansı model tətbiq olunubsa yenə də həmin model tətbiq olunacaq”.

Şöbə müdirinin sözlərinə görə, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq. “Bu yeniliklərdən biridir, burada 3 mətn kiçik olacaq ki, cəmi 1-2 cümlədən ibarət olacaqlar. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür”, – o, İTV-yə açıqlamasında qeyd edib.

“Xarici dil üzrə imtahanı üzrə 26 sual olacaq ki, sonuncusu şəkil təsviri ilə bağlı olacaq. Burada məzmun etibarilə bir-birini tamamlaması tələb olunan 3 ardıcıl şəkil verilir. Həmin sualda da 35 sözdən ibarət qısa esse yazılması tələb edilir. Bunun da qiymətləndirilməsi isə fərqlidir”, – A.Batıyeva əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image