image-reklam-veteninfo
image-111backend

Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir? – İcra başçısı Arzu Məmmədovu buna görə himayə edir

image-reklam-veteninfo

Goranboyda bir qrup Vətən müharibəsi qazisi rayondakı məmurların onların problemlərinə ciddi yanaşmadığından narazıdır. Bundan əvvəlki yazımızda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin üzvü, 44 günlük Vətən müharibəsi qazisi və ikinci qrup əlil Valeh Hüseynovun məmur özbaşnalığının qurbanı olduğunu qeyd etmişdik. Yazımızdan sonra Valeh Hüseynovla əlaqə saxlanaraq, onunla görüş üçün imkan yaradılacağı bildirilib.

Ancaq bu, Goranboyda qazilərin ilk şikayəti deyil. Rayonda yaşayan qazilərin bir qrupu yenidən redaksiyamızla əlaqə saxlayaraq, problemlərinin hələ də həll olunmadığını və yerli məmurların onların durumuna laqeyd yanaşdığını bildirib. Bu şikayətlərin ətraflı təhlilini növbəti yazımızda təqdim edəcəyik.

Xatırladaq ki, əvvəlki yazımızda Baxçakürd kəndində yaşayan Valeh Hüseynovun problemlərini işıqlandırmışdıq. Qazimiz, ölkə başçısı İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktublara cavab alıb. Prezident və vitse-prezidentin qazilərə göstərdiyi dəstək, təəssüf ki, Goranboyda hiss edilmir. Çünki  rayonun icra başçısı Məhərrəm Quliyev və onun komandası bu problemlərə laqeyd yanaşır. Qazimiz 2022-ci ildə öz problemini çatdırsa da bu günə qədər yerli məmurlar bu problemi həll etmir.

image-2

Qazimiz Valeh Hüseynov artıq 6 ildir ki, müxtəlif problemlərlə üzləşir. Amma maraqlıdır ki, hər dəfə bu problemin həll olunacağına söz verən məmurlar sonda  elə qazimizin problem yaşadığı,  kənddə heç bir səlahiyyətə malik olmayan Arzu Məmmədova tapşırılır. Qeyd edək ki, Arzu Məmmədov kəndin əvvəlki bələdiyyə sədri olub və hazırkı bələdiyyə sədrinin atasıdır. Beləliklə, kənd Məhərrəm Quliyevin yaxın dairəsində olan şəxslərin təsiri altında idarə olunur.

image-6

Qazilərin və şəhid ailələrinin problemlərini həll etməyən bələdiyyə sədrini və onun atasını icra başçısı Məhərrəm Quliyev niyə himayə edir? Bələdiyyə torpaqlarını faktiki olaraq icarəyə götürən Arzu Məmmədov kimlərə güvənir? Kəndin bütün torpağını icarəyəyə götürən Arzu Məmmədov örüş sahələrində kimin himayəsi ilə taxıl və yonca əkdirir?

image-7

Bir sözlə suallar çoxdur. Elə əlaqə saxladığımız Baxçakürd bələdiyyəsinin sədri, Mətin Papırlı açıqlamasında bütün torpaqların atası Arzu Məmmədovun icarəsində olduğunu etiraf etmişdi. Bu gün məlum olur ki, bu torpaqların qazilərə verilməməsi özəl səbəbi var.

image-5

Belə ki, iddia edilir ki, 11 hektarlıq ərazidə Arzu Məmmədov ferma inşa etdirmək istəyir. Ümümilikdə kəndin otlaq sahələri ilə birlikdə 50 hektardan artıq torpağı ələ keçirən Arzu Məmmədov bir kənddə insanların kənd təsərrüfatı ilə məşğul olmasına imkan vermir.

image-3 image-4

Kənddə örüş sahəsi olan  Daşlıq adlanan ərazidə Arzu Məmmədov icra başçısının himayəsi ilə 5 hektarda arpa əkdirib. Qanunla burada torpağın təyinatı dəyişdirilib. Çünki bu ərazi ümumi istifadədə olan örüş sahəsidir. Bu torpağın təyinatını dəyişdirmək isə qanunla qadağandır. Bir sözlə Arzu Məmmədov və onu himayə edənlər qanunları tapdalayırlar. Davamı olacaq…




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki