image-reklam-veteninfo
image-media-img-20260316-wa0054-kqtvrf6zl02sj1mb3xgu-1200x630backend

GSM Gənclər Fondunun dəstəyi ilə layihə həyata keçirib – FOTOLAR

image-reklam-veteninfo

24–27 fevral tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzinin (GSM) təşkilatçılığı ilə “Yeni Azərbaycan: dünənimiz, bu günümüz və sabahımız” adlı layihə həyata keçirilib.

Layihənin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və Prezident İlham Əliyevin müasir dövrdə həyata keçirdiyi uğurlu liderlik siyasətinin gənclər arasında təbliği, onların milli-mənəvi dəyərlər əsasında maarifləndirilməsidir.

Layihə çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Qiymətləndiricilər Palatasında və 1 nömrəli Bakı Tibb Kollecində ümumilikdə 4 görüş keçirilib. Görüşlərin qonaqları Milli Məclisin deputatları Aydın Mirzəzadə, Naqif Həmzəyev, Ceyhun Məmmədov və Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı olub.

Layihədə ümumilikdə 200-dən çox gənc iştirak edib.

image-img-20260316-wa0052 image-img-20260316-wa0064 image-img-20260316-wa0062 image-img-20260316-wa0060 image-img-20260316-wa0058 image-img-20260316-wa0056 image-img-20260316-wa0054 image-img-20260316-wa0064 image-img-20260316-wa0062 image-img-20260316-wa0060




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki