image-image_750x_63b72405d91bebackend

“HALO Trust” kompaniyasının Qarabağda növbəti təxribatı: 100 -ə yaxın əməkdaşı Xankəndində aksiyaya hazırlaşır

image-reklam_sirab_01

Ermənistanın təklifi ilə İngiltərə və ABŞ-da qeydiyyatdan keçən “HALO Trust” kompaniyası 1995-ci ildən Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərir. Bu şirkət Qarabağda minatəmizləmə əməliyyatını həyata keçirdiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, şirkət yanvarın 8-dən Xankəndi şəhərində Azərbaycana qarşı etiraz aksiyası həyata keçirəcəyini açıqlayıb.

HALO Trust Laçın dəhlizinin blokadası ilə bağlı Twitter mikrobloqunda açıqlama verib. “Blokadadan təxminən bir ay sonra təşkilat onun humanitar nəticələrini diqqətlə izləyir. HALO Trust-ın 100-ə yaxın əməkdaşı  Qarabağdadır və təşkilat onlar üçün malların və digər xidmətlərin mövcudluğuna nəzarət edir. HALO Trust problemin tez bir zamanda həll olunacağına ümid edir və lazım gəldikdə humanitar yardımı koordinasiya etmək üçün tərəfdaşlar və digər humanitar təşkilatlarla daimi əlaqə saxlayır. Biz yanvarın 8-də aksiya keçirməyi planlaşdırırıq.”

Rəsmi açıqlamalarında “HALO Trust” mülki şəxslər üçün təhlükəli ola biləcək mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olan bir təşkilat olduğunu bəyan etsədə əslində bu şirkətin təxribatla məşğul olduğu bəlli olur.  Maraqlıdır şirkət İngiltərədə xeyriyyə, ABŞ-da isə qeyri-kommersiya təşkilatı kimi qeydə alınıb. “HALO Trust”ın qlobal qərargahı Şotlandiyada yerləşir, Vaşinqtonda və Kaliforniyanın San-Fransisko şəhərində isə ofisləri mövcuddur.

Təbii ki, ilk baxışda mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi xeyirxah bir missiya kimi görünür. Lakin xeyriyyə və ya qeyri-kommersiya kompaniyası adlanan təşkilat əslində Özəl Hərbi Kompaniyadır (ÖHK). Çünki sadalanan bu əməliyyatların yerinə yetirilməsi, sırf hərbi hazırlıqlı peşəkar mühəndis-istehkamçıların və ya xüsusi hazırlıq kurslarında təlim keçmiş sertifikatlı texniki mütəxəssislərin, həmçinin hərbi mühəndis təyinatlı texnikaların, avadanlıqların itifadəsi olmadan mümkün deyil. Bütün funksiya və struktur quruluşuna görə standart beynəlxalq ÖHK-dan fərqlənməyən təşkilatın adının “xeyriyyə” və ya “qeyri-kommersiya” sözü ilə calaq edilməsi də təbii ki, səbəbsiz ola bilməzdi. Bu sualın cavabı mövzunun inkişafı ilə aydın olacaq.

Təşkilat qısaca olaraq HALO, yəni “Hazardous Area Life-Support Organization” (Təhlükəli Bölgəyə Həyat Dəstəyi Təşkilatı) adlanır. İnsanın az qala gözünü yaşardacaq ada malik ÖHK, 1988-ci ildə İngiltərə Parlamentinin üzvü, ingilis ordusunun keçmiş polkovniki Kolin Kempbell Mitçell tərəfindən təsis edilib. Əslində təcrübəsiz bir şirkətin yaranan kimi dərhal Əfqanıstanda minatəmizləmə fəaliyyətlərinin həyata kçirilməsi üzrə mühüm tenderi qazanması bir çox suallar yaradır. Lakin buna zaman itirməyək, çünki burada qeyri-şəffaf mühit aşkar şəkildə nəzərə çarpır.

P.S. Bu şirkəti Azərbaycan ərazisindən qovmaq lazımdır. Tezliklə bu baş verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki