Aprelin 23-də Almaniyanın Hamburq şəhərində Ukraynanın ədalətli mövqeyini dəstəkləmək məqsədilə geniş aksiya keçirilib. Tədbirdə şəhərin Azərbaycan diasporu da iştirak edib. Şəhər meriyasının (Hamburger Rathaus) meydanından başlayan yürüş Ukrayna Baş Konsulluğunun binasına qədər davam edib.
Tədbirdə çıxış edən həmyerlimiz Elmar Satterhoff diplomatik missiyanın eyvanına Azərbaycan Respublikasının bayrağı ilə çıxıb.
Azərbaycanın uzun illərdir ki, Ermənistanın təcavüzkar siyasətindən və separatizmdən əziyyət çəkdiyi, bunun Aİ ölkələrinin mətbuatında təhrif olunmuş şəkildə əks olunduğunu bildirən Elmar Satterhoff diasporumuz adından Ukrayna xalqına dəstək ifadə edib.