İyunun 1-də Qaradağ rayon Heydər Əliyev Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Mərkəzin foyesində 288 nömrəli tam orta məktəbin müəlliməsi, həvəskar rəssam Kəmalə Hüseynovanın rəsm sərgisi nümayiş olunub.
Tədbirdə Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Nəcəfova, 288 nömrəli tam orta məktəbin müəlliməsi həvəskar rəssam Kəmalə Hüseynova və rayon məktəblərin müəllim və kollektivi iştirak ediblər.
İlk olaraq tədbirin aparıcısı Arzu İbrahimova qonaqları salamlayaraq sərgini açıq elan edib. O, bildirib ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və təşkil edilmiş sərgi haqqında məlumat verib. Bildirib ki, həvəskar rəssam Kəmalə Hüseynova bu gün ilk dəfə öz fırçası ilə həyat verdiyi rəsmlərini bizim tədbirdə sizlərə təqdim edib. Kəmalə xanım öz rəsmlərində Azərbaycanın gözəlliyini, təbiətin əsrarəngiz görüntüsünü təsvir edib.
Daha sonra söz Mərkəzin direktoru Leyla Nəcəfovaya verilib. O, da öz çıxışında qeyd edib ki, bu gün bu tədbiri ərsəyə gətirməkdə məqsədimiz 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və həvəskar rəssam Kəmalə Hüseynovanın rəsm sərgisidir. İlk öncə Kəmalə xanımı təbrik edərək, həvəskar rəssama bundan daha da böyük uğurlara imza atmağa arzulayıb.
Sonra Yusif Baxşəlizadə “Çoban rəqsi” və “Qaragözlər”, Aysu Məmmədova “Sarı gəlin”, Sultanlı Minəxanım və Hüseyn Əliyev “Uzundərə”, Zəhra Tahirova “Xarıbülbül” və məktəb şagirdlərinin ifasında “101” və “Azərbaycan” rəqsləri nümayiş olunub, Azər Quliyev “Kəndimiz” mahnısı, Fərid Nəsibli sazda ifa ediblər.
Tədbir məktəbin 7-ci sinif şagirdlərinin vətənpərvərlik mövzusunda şeirləri ilə sona çatıb.