Ulu Öndər Heydər Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 1969-1982-ci illərdə 1ci katib kimi Azərbaycana rəhbərlik etmişdir. 1993-2003-cü illərdə isə müstəqil Azərbaycan Respublikasının prezidenti olmuşdur. Əlbətdə bu böyük insanın təkcə bioqrafiyasını yazsam bu kiçik məqaləyə sığmaz. Mən bir vətəndaş kimi öz fikirlərimi bölüşməyi Ulu Öndərin ruhu qarşısında borclu bildim. Çünki bu gün biz belə gözəl, müstəqil dövlətdə yaşayaırıqsa ona çox borcluyuq. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti dövlət müstəqilliyimiz və onun yeni konstitutiyasının hazırlanmasıdır. 1995-ci ilin noyabrın 12-də 91.9 % səslə yeni konsitusiyamız qəbul olunmuşdur. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində bir-birinin ardınca yeni addımlar atıldı. O, öz fəaliyyəti dövründə iqtisadi islahatlar, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sahəsində böyük işlər gördü. 1994-cü ilin sentyabrında “Əsrin Müqaviləsi” adlı ilk neft müqaviləsi bunun bariz nümunəsidir.
Ulu öndərin ordu quruculuğu sahəsində də böyük xidmətləri olmuşdur. Hələ 1971-ci ildə böyük zəhmətlər bahasına Cəmşid Naxçıvanski adına hərbi liseyi açmışdır. Azərbaycanda bu məktəb hərbi kadrların hazırlanmasında böyük rol oynadı. 1998-ci il 22 may tarixli sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr günü qeyd olundu.
Dünya xəritəsində kiçik bir ölkə olan Azərbaycan heydər Əliyevin uğurlu siyasəti nəticəsində dünyada öz yeri olan nüfuzlu bir dövlətə çevrilmişdir. O, həmişə öz sözü, çəkisi ilə zirvədə olmuşdur. Ulu Öndər xarici siyasət məsələlərinə daima önəm vermiş, nüfuzlu tribunalardan bacarıqla istifadə etmişdir.
Milli mətbuata göstərilən dəstək Ulu Öndərin sayəsində demokratik münasibətlərin inkişafına xidmət edən siyasətinin təzahürüdür. H.Əliyev 1998-ci il 6 avqust tarixli qərarı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranı ləğv etdi. Bu da milli mətbuatın daha uğurlu inkişafına səbəb oldu.
Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı da Ulu Öndərimizdir. 1992-ci ildə H.Əliyevin rəhbərliyi ilə yaradılan. Yeni Azərbaycan partiyasının ətrafında bu gün minlərlə ziyalılarımız var. YAP onun özünün dediyi kimi “Dünənin, bugünün və sabahın partıyasıdır.
Heydər Əliyev öz müdrik rəhbərliyi ilə uzaqgörənliyi ilə Azərbaycan xalqının ümumilli liderinə çevrilmişdir. Milli liderliklə siyasi liderliyin bir dövlət adamının şəxsində birləşməsi bəşər tarixində nadir olan keyfiyyətdir. O, hansı sahədə fəaliyyət göstəribsə ancaq lider olub. Həddən artıq uzaq görən, müdrik, fundamental biliyə malik bir şəxsiyyət idi ulu öndər. Mən qürurla deyərdim ki, onun gözəl natiqliq qabilyyəti çox az insanda olur. O, gözəl nitqi ilə universal biliyi ilə Azərbaycan dövlətini, Azərbaycan xalqını dünyaya tanıtmışdır. Ulu öndər dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirməkdə mühüm rol oynadı. Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”- kəlamı bu gün qürur rəmzinə çevrilmişdir. 1991-ci ilin dekabrın 16-da H. Əliyev dekabrın 31-ni dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunması barədə qərar qəbul edib. Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq , onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır .
Ulu öndər H.Əliyev 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyini yaratmışdır. 1997-ci il fevralın 2-sində imzaladığı fərmana əsasən 2 fevral Azərbaycan Gəncləri günü elan olunub.
Ulu öndərin siyasi kursunun davamçısı cənab ilham Əliyev uğurla böyük insanın arzularına uğurla həyata keçirir. Bu uğurlardan çox yazmaq olar. Təkcə 44 günlük müharibədə qazanılmış qələbə bütün görülən işlərin zirvəsidir. Artıq Qarabağ erməni tapdağından azaddır. “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” ( Heydər Əliyev)
- Bu gün ulu öndərin anadan olmasından 99 il ötür. Min illərdə küçəcək gələcək nəsillər sizi unutmayacaq. Ruhun şad olsun ulu öndər! Ruhun şad olsun, daima zirvədə olan böyük insan!
Nəsimi rayon 266 N-li tam orta məktəbin Tarix müəllimi Fərzəliyeva Rəsmiyyə