image-hikmet1backend

Hikmət Hacıyev Azərbaycan və Ermənistan arasında danışıqların əsas istiqamətlərini açıqlayıb

image-reklam_sirab_01

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu ayın sonunda Brüsseldə

Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.

“Biz ümid edirik ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Ancaq biz bütün bu proseslə bağlı Ermənistan tərəfindən tərəddüdlər görürük”, – deyə o bildirib.

H. Hacıyev daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladıb: “Həmçinin, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri Moskvada görüşəcəklər, onlar nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər”.

O, hazırda iki ölkə arasında danışıqların, əsasən, sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətində getdiyini açıqlayıb.

(APA )

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki