Livanın radikal Hizbullah hərəkatı İsrail və Livan arasında atəşkəs şərtlərinin tətbiqi ilə bağlı əldə edilən razılığa cavab verib.
Vətəninfo.az xəbər verir ki, radikal qrupun siyasi şurasının sədr müavini Mahmud Qamati İranın Fars xəbər agentliyinə istinadən bildirib ki, heç bir qüvvə qrupu tərksilah etməyə məcbur edə bilməz.
“ABŞ və İsrailin bütün səyləri uğursuz olacaq. Qarşıdurma davam edir və müqavimət hələ də davam edir. ABŞ və İsrailin müqavimət hərəkatının tərksilah edilməsinə müdaxilə etmək hüququ yoxdur, çünki bu, Livanın daxili işidir”, – deyə Fars agentliyi Qamatinin sözlərini sitat gətirib.
ABŞ Dövlət Departamenti daha əvvəl İsrail və Livan nümayəndə heyətlərinin ABŞ-da keçirilən danışıqlardan sonra atəşkəs şərtlərinin tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlamışdı.


























