Ağ evin yüksək vəzifəli rəsmisi məşhur aktyor Corc Klunini hərbi cinayətlər törətməkdə günahlandıraraq hamını təəccübləndirib. Bu gözlənilməz bəyanat Hollivud ulduzunun siyasi çıxışlarına və ABŞ prezidentinə qarşı tənqidlərinə cavab olaraq səsləndirilib.
Vətəninfo.az xəbər verir ki, Ağ evin kommunikasiya direktoru Stiven Çunq amerikalı aktyor Corc Klunini “hərbi cinayətkar” elan edib.
Məmur bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. Çunq qeyd edib ki, yeganə “hərbi cinayət” törədən şəxs Corc Klunidir və o, bunu bərbad filmləri və iyrənc aktyorluq oyunu ilə edir.
Bundan əvvəl Donald Tramp Corc Kluni və ailəsinin Fransa vətəndaşlığı almasını tənqid edərək, Kluni cütlüyünü “bütün zamanların ən pis iki siyasi proqnozçusu” adlandırıb. Tramp həmçinin bildirib ki, onların immiqrasiyaya qarşı qorxulu münasibəti səbəbindən Fransa hazırda ciddi cinayətkarlıq problemi ilə üz-üzədir.
Yəni, Ağ ev rəsmisi aktyorun filmlərini və aktyorluq bacarığını bəyənmədiyi üçün onu kinayəli şəkildə “hərbi cinayətkar” adlandırıb.


























