Vətəninfo.az xəbər verir ki, BƏƏ milli neft şirkəti ADNOC-un baş direktoru Sultan bin Əhməd əl-Cabirin sözlərinə görə, ABŞ və İran arasında atəşkəs elan edilməsinə baxmayaraq, Hörmüz boğazı neft daşımaları üçün faktiki olaraq bağlı qalır.
“Boğazdan keçmək şərtlər altında keçid deyil. Bu, məhdudiyyətlərə riayət etməkdir, amma fərqli formada. Hörmüz boğazı heç bir şərt və ya məhdudiyyət olmadan tamamilə açıq olmalıdır”, – deyə o, LinkedIn səhifəsində yazıb.
O əlavə etdi ki, şirkətin artıq neftlə yüklənmiş və üzməyə hazır olan təxminən 230 tankeri var. Gəmiçilik bərpa olunduqca, ADNOC infrastrukturunun bərpasına və hasilatın artırılmasına diqqət yetirmək niyyətindədir.


























