Vətəninfo.az xəbər verir ki, ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binası tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılmışdı.
Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məsələyə operativ şəkildə reaksiya verilib, Redaksiyamıza rayon İH-dən verilən məlumatda deyilir ki, rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır.