“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindənİİV profilaktikası sahəsində çalışan sosial işçilərin peşəkarbacarıqlarının artırılması məqsədilə mütəmadi təlimlər keçirilir.
Təlimlər zamanı sosial işçilərə icma nümayəndələri ilə düzgününsiyyət qurmaq, İİV-dən qorunma üsulları və təhlükəsizdavranış barədə məlumatları düzgün çatdırmaq, insanlarınehtiyaclarını müəyyənləşdirmək və onları müvafiq xidmətlərəyönləndirmək qaydaları izah olunur.
Təlimlərdə əldə olunan biliklər sosial işçilərin Bakı, Sumqayıtvə Gəncə şəhərlərində, eləcə də regionlarda icma ilə birbaşa işzamanı tətbiq edilir. Onlar kişilərə İİV profilaktikası barədəməlumat verir, pulsuz qoruyucular və lubrikantlar təqdim edir, ehtiyac olduqda İİV testinə yönləndirirlər.
Təşkilat hesab edir ki, sosial işçilərin davamlı təlimləndirilməsiprofilaktik xidmətlərin keyfiyyətinin artırılmasına və İİV üzrəməlumat və xidmətlərin daha geniş icma qruplarınaçatdırılmasına imkan verir.


























