Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilən İİV üzrəişçi qrupunun növbəti iclasında “Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyinin İİV profilaktikasıistiqamətində həyata keçirdiyi fəaliyyət barədə hesabat təqdimolunub.
İclas zamanı təşkilatın kişilər arasında İİV-in profilaktikası üzrəgördüyü işlər, icma ilə aparılan maarifləndirmə fəaliyyəti, profilaktik vasitələrin paylanması və İİV testinə yönləndirməbarədə məlumat verilib.
Təşkilat tərəfindən həmçinin regionlarda həyata keçirilənfəaliyyət, mobil laboratoriyalarla əməkdaşlıq, sosiyal işinintəşkili və xidmətlərin Bakıdan kənarda əlçatanlığının təminedilməsi barədə məlumat təqdim olunub.
İşçi qrupunda əldə olunan nəticələrlə yanaşı, növbəti dövrdə İİV profilaktikasının daha da genişləndirilməsi və xidmətlərin əhatədairəsinin artırılması istiqamətində planlar da müzakirə edilib.
Bu cür işçi görüşləri dövlət qurumları və vətəndaş cəmiyyətitəşkilatları arasında koordinasiyanın gücləndirilməsi və İİV-ə qarşı cavab tədbirlərinin daha səmərəli həyata keçirilməsibaxımından mühüm rol oynayır.


























