image-addtext_11-02-10-06-41backend

İki keçmiş nazir-biri Azərbaycana qarşı, biri Azərbaycanı müdafiə edir

image-reklam_sirab_01

Vətəninfo.az maraqlı gəldiyindən iki Şam ərəbinin Azərbaycana baxışlarını əks etdirən yazılarının qısa məzmununu təqdim edirəm. Hər iki şəxs şiə icmasına mənsubdur, öz ölkələrində vaxtilə nazir postları tutublar. Yazılarda bir-birinə daban-dabana fikirlər isə hər halda fərdlərdən daha çox vətəndaşı və məmuru olduları dövlətlərin baxışı kimi qəbul olunmalıdır.

Birinci şəxsin- İsrailin druz(dəruzi) əsilli keçmiş rabitə naziri , Likud Partiyasından deputatlığı namizəd Ayub Karanın (Əyyub Qəra) yazısı Azərbaycanı müdaifə xarakterindədir. O, dəruzi ailəsində doğulsa da, Holokasta görə Avropadan qaçmış yəhudi ailəsi tərəfindən övladlığa götürüldüyünü xatırladaraq bu tərbiyə sayəsində bütün soyqırım və etnik təmizləmə qurbanlarına prinsipial hörməti olduğunu, ona görə də həmişə Azərbaycanla həmrəy olduğunu yazır. “II Qarabağ müharibəsi başa çatdıqdan altı ay sonra Şuşada və Ermənistan-İran sərhədində, ən son isə ötən ilin iyununda Qafqaz Xirosiması kimi tanınan Ağdamda olmuşam”.

A. Kara yazır ki, Ağdamın vəziyyəti xüsusilə ağır idi: “Orada olan hər şey, istər soyuducu, istər mebel, istər tikinti materialları, istərsə də ailə yadigarları I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən qarət olunaraq iranlılara satılıb”.

Keçmiş nazir xatırladır ki, ötən ilin avqustunda Bakı və İrəvan dənizə çıxışı olmayan Ermənistanın blokada vəziyyətinə son qoyacaq və həm Azərbaycan, həm də Ermənistana firavanlıq, sülh və parlaq gələcəyə nail olmağa kömək edəcək daimi sülh müqaviləsi imzalamağa çox yaxın idilər. Lakin Ermənistanın baş naziri son anda iki ölkə arasında artıq razılaşdırılmış məsələlərdən geri çəkilmək qərarına gəlib, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli razılaşmanı pozub. “Sonra onun ölkəsi sentyabrın ortalarında Azərbaycan əsgərlərinə hücum etdi, 80 Azərbaycan əsgərini öldürdü, əlavə olaraq bölgəyə daha çox piyada əleyhinə minalar yerləşdirdi. Bu reallıq Qarabağ bölgəsini faktiki olaraq yaşayış üçün yararsız edib və çoxlu sayda günahsız azərbaycanlının ölümünə səbəb olub. Müharibədən sonra minalardan 240-dan çox azərbaycanlı həlak olub …Təxminən eyni dövrdə erməni diasporunun üzvləri Azərbaycanın Parisdəki səfirliyinə hücum ediblər ki, bu da özlüyündə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır . Amma Ermənistanın başlatdığı sərhəd toqquşmalarından sonra Azərbaycan özünü müdafiə etmək qərarına gələndə birdən mediada, sosial şəbəkələrdəki yoxlanılmamış mesajlar əsasında İsraili Azərbaycanla müttəfiqlikdə ittiham edən müəyyən səslər eşidildi“.

O buna misal olaraq göstərdiyi və 2022-ci il oktyabrın 13-də “The Jerusalem Post” qəzetində dərc olunmuş “Erməni yəhudisi kimi hiss etdiyim rüsvayçılıq” adlı məqaləni İsrail və Azərbaycan arasında mövcud dostluq münasibətlərinə kölgə salmağa çalışan təxribat adalndırır. “Çünki Ermənistan İranın, Azərbaycan isə İsrailin dostudur. Bundan əlavə, Azərbaycan multikultural, plüralist və tolerant ölkədir. Mən şəxsən şahidi olmuşam ki, Bakıdakı ermıni kilsəsi qorunub saxlanılıb, Qarabağda isə hazırda kilsələrin bərpası prosesi gedir…. Mən Bakının mərkəzində bir neçə kilsəyə və xristian muzeyinə baş çəkmişəm. Hələ də İsraili Azərbaycanla ittifaq yaratmaqda ittiham edirlər, sanki Qafqazın tarixi 1915-ci ildə başa çatıb və Xocalı soyqırımı baş verməyib. Məhz Holokostla əlaqəmizə görə multikulturalizmi olan bir ölkəni dəstəkləməliyik”.

Livanın keçmiş xarici işlər naziri Adnan Mənsur* da Azərbaycanla bağlı yazı ilə çıxış edib. O iddia edir ki, Vaşinqton, London, Təl-Əviv, Ankara və Bakının, eləcə də onların kəşfiyyat xidmətlərinin nəzərləri İranın xüsusi coğrafi və strateji əhəmiyyətli şimal, qərb və şimal-qərb bölgələrinə yönəlib, bu vilayətlərin əhalisinin mədəniyyət, dil və məzhəb fərqliliklərini qızışdırırlar. Keçmiş nazir yazır ki, bu vilayətlər İraq və Azərbaycan, xüsusən də İraq Kürdüstanından fəaliyyət göstərən Qərb və İsrail kəşfiyyat xidmətləri ilə əhatə olunub, bu xidmətlər İranın sabitliyini və milli təhlükəsizliyini hədəf alıb. Onun iddiasınca, İranın parçalanıb torpaqlarının qoparılması Azərbaycan, Türkiyə, İraq Kürdüstanı, ABŞ və İsraili birləşdirən ortaq məxrəcdir. “Lakin onların hər birinin öz hesablamaları və uzunmüddətli maraqları var. Ona görə də imkan verilsə, İran və Ermənistan torpaqlarından keçəcək nəhəng “Bir kəmər, bir yol” layihəsinin həyati vacib dəhlizə çevrilməməsi üçün Vaşinqton, Ankara və Bakı İranı Ermənistandan coğrafi cəhətdən təcrid etməkdən çəkinməyəcəklər”.

Dəruzilər şiə-ismaili təlimlərindən bironı etiqad edən icmadır.

Adnan Mansur, Livanın şiə icmasına mənsubdur. AMAL hərəkatının fəallarından olub, Suriya meyilli siyasətçi kimi tanınırdı. Yazı dərc olunan “Al Binaa “ nəşri Livanın Suriya Sosial Millətçi Partiyasının orqanı kimi yaranıb. Bu partiya Livan, Türkiyənin cənubu, İordaniya, Fələstin, İsrail və Misirin Sinay yarımadasını “Böyük Suriya” hesab
edir.

 

Cəmaləddin Quliyev

Xüsusi olaraq

Vətəninfo.az üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki