Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib. İclası giriş sözü ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov açıb. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızstan parlamentlərinin komitə sədrləri, həmçinin TürkPA- nın Baş katibi Mehmet Süreyya Er və Azərbaycan- Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlər arası İşçi qrupun rəhbəri Cavanşir Feyziyev çıxış ediblər. Tədbir iştirakçıları sabah Xankəndi və Şuşa şəhərlərinə səfər edəcəklər.