24 aprel tarixində Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib. Bu görüş iki ölkə arasında yaranmış sıx dostluğun, əməkdaşlığın, qardaşlığın nümunəsidir. Görüşün məqsədi hər iki ölkənin hər sahədə gələcək inkişafını daha yüksək səviyyəyə çatdırmaq, xalqların birliyini, dostluğunu daha da möhkəmləndirməkdir. Səfər çərçivəsində Prezidentlərin təkbətək görüşü baş tutub və daha sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Görüşdə Prezident İlham Əliyev bildirib: “Biz dost və qardaş dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini – Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”. Göründüyü kimi imzalanmış sənədlər inkişafın gələcək perspektivlərinin, müxtəlif sahələrdə tərəfdaşlığın, etimadın, dostluğun göstəricisidir.
Prezident çıxışı zamanı Qırğızıstanın siyasi mövqedən də ölkəmizə dəstək olduğu üçün minnətdarlığını bildirmişdir. Bu sahədə də münasibətlərin qarşılıqlı şəkildə hər zaman davam edəcəyini bildirmişdir.
Prezident İlham Əliyev ticari-iqtisadi əlaqələrin daha da inkişafı üçün müəyyən məsələlərə toxundu. Belə ki, iki ölkə arasında ticarət əlaqələrinin həcmini, inkişafını artırmaq və sürətləndirmək üçün müəyyən qərarlar qəbul etdilər və nümayəndə heyətlərinə tapşırıqlar verildi. Burada qeyd edilən bir məsələ də nəqliyyat infrastrukturudur. Məlum olduğu kimi Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə yüklər hər bir ölkəyə göndərilmə imkanına malikdir. Burada da fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsi müzakirə olunan mühüm məsələlərdən biri idi. Çunki, qarşılıqlı şəkildə anlaşma və birgə fəaliyyət iki ölkənin də inkişafına önəmli töhfə verəcəkdir.
Prezidentlər çıxışları zamanı qarşılıqlı investisiya məsələlərinə də toxunub. Belə ki, ölkəmiz Qırğızıstanda İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlayıb. Eləcə də Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Bu da təbii olaraq dost, qardaş ölkə kimi Azərbaycanın xoşniyyətinin göstəricisidir. Digər tərəfdən Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Məlum olduğu kimi bu işğaldan azad olunmuş torpaqlarımızda təhsil sahəsinə verilən böyük diqqətin göstəricisi və möhkəm əlaqələrin inkişafıdır. Elə bu məqsədlə də hər iki Prezident ilk olaraq işğaldana zad olunmuş Füzuli və Ağdam şəhərinə səfər etdi. Səfər zamanı şəhərlərin xüsusi memarlıq, mədəni-tarixi abidələrinə baxış keçirildi. Beləliklə, Prezidentlər Ağdamda Qırğızıstan tərəfindən inşa ediləcək məktəbin təməlqoyma mərasimi keçirildi və bir neçə mühüm obyektlərin açılışı baş tutdu. Bəli, iki ölkə arasındakı bu münasibətlər qarşılıqlıqlı əlaqələrin inkişafına, gələcəyinə, birliyə xüsusi örnəkdir.
Digər bir məsələ də iki ölkə arasındakı məədəni əlaqələrin inkişafıdır. Belə ki, Azərbaycanda Qırğız mədəniyyətindən, ənənələrindən, tarixindən ibarət sərginin baş tutmasıdır. Bu təbii ki, əlaqələrimizin səmimiyyətinin, dəyərinin göstəricisidir. Elə bu məqsədlə də ölkəmizdə Qırğız xalqının məşhur yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı başa tutdu. Açılış mərasıimində prezidentlər də iştirak etmişdir. Açılış mərasimində Prezident İlham Əliyev çıxış etmişdir.
Dövlət başçısı bildirib ki, “Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər. Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim”.
Bəli, bu gün iki ölkə arasındakı hər bir sahədə, istər mədəni, istər, ticari-iqtisadi, nəqliyyat, xalqlar arsındakı münasibətlərin inkişafı daha da sürətlənəcək və görülən işlər Azərbaycan və Qırğızıstan arsındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru