image-sanxaybackend

İlham Əliyev, Ərdoğan və Paşinyan ŞƏT sammitinə dəvət olundular-QONAQ QİSMİNDƏ

image-reklam_sirab_01

Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində 15 dövlətin başçısı iştirak edəcək.

Vətəninfo.az xəbər verir ki, bunu Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib. Onun sözlərinə görə, gələn həftə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Bu tədbir 2019-cu ildən sonra ŞƏT liderlərinin ilk təkbətək görüşü və Özbəkistanın təşkilatda sədrliyinin başa çatması olacaq.

Əsədov bildirib ki,ŞƏT sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən başqa, Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edəcək.

Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko, İran prezidenti İbrahim Rəisi, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux  isə  ŞƏT-in müşahidəçi dövlətlərinin başçıları qismində iştirak edəcəklər.

Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədovun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Ermənistanın baş naziri Nikol Paşinyan,ŞƏT sammitinə qonaq qismində gələcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki