image-tiqranbackend

İlham Əliyevin bu sözü İrəvanda həyacana səbəb oldu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,ölkə prezidenti İlham Əliyevin ötən gün  Azərbaycan televiziyasında müsahibəsində “Laçın dəhlizi” boyu yeni marşrutun tikinti işlərinə toxunan zaman son 6-7 ayda tikinti şirkətinin nümayəndələrinin işi Rusiya sülhməramlılarının müşayiəti olmadan aparılıb. Və Azərbaycan tərəfdən yerli erməni sakinlərlə ünsiyyət qurmaq imkanı əldə etdilib.

Azərbaycan prezidenti vurğulayıb ki, ümumi fikir ondan ibarətdir ki, həmin dövrdə ermənilərlə azərbaycanlılar arasında düşmənçilik olmayıb, normal münasibətlər yaranıb və Rusiya sülhməramlılarının olmasına ehtiyac olmayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu açıqlaması İrəvanda millətçi erməni siaysətçilərini sözün həqiqi mənasında ciddi şəkildə sarsıdıb. Əgər belə olmasaydı.erməni qatı millətçilərindən Tiqran Abramyan öz Facebook səhifəsində qəmli şəkildə belə bir status yazmazdı.

“Azərbaycan prezidenti İlham Əliyevin çıxışının təbliğat yönündən kənara çıxmasını bir kənara qoysaq belə, siyasi mənada kifayət qədər təhlükəli ideyanın anonsunu verildi. Əliyevin əsas fikri ondan ibarətdir ki, ermənilər və azərbaycanlılar onsuz da VASİTƏÇİSİZ, indiki halda ruslar olmadan bir yerdə yaşaya, ünsiyyət qura bilərlər. Nəzərə alsaq ki, Qarabağda  sülhməramlıların yerləşdirilməsinin 5 illik müddətinin başa çatmasına 3 il qalıb, təbii olaraq başa düşmək olardı ki, müddəti uzatmamaq və ya uzatmamaq üçün artıq  yüksək qiymət tələb etmək üçün zəmin hazırlanır.  Ermənilərlə azərbaycanlıların birgə məskunlaşmasına yönəlmiş istənilən addım və ya proqram özlüyündə faciədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki