image-img-20220620-wa0028backend

İndi biz sülh haqqında danışırıq

image-reklam_sirab_01

İndi biz sülh haqqında danışırıq.

16 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin himayədarlığı altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı formu keçirildi. Bu forumda dünyanın 50-dən çox ölkəsindən bir çox ali və yüksək səviyyəli nümayəndələr, dövlət başçıları, beynəlxalq təşkilatların rəsmi nümayəndələri və digər nüfuzlu şəxslərdə iştirak etmişdilər. Əslində bu forum ənənəvi olaraq 2013-cü ilən bəri keçirilir. 16 iyun tarixində keçirilən forum sayca 8-ci forum idi. Forumda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdə çıxış etmişdi və son illərdə Cənubi Qafqazın inkişafına dair görülən tədbirlər və eləcədə Azərbaycan və Ermənistan münasibətlərinin həll olunmasına dair müzakirələrdəndə söhbət açılmışdı. Həmçinin forumda mina problemindən və Qarabağda aparılan quruculuq işlərindən bəhs olunmuşdur.
Bildiyimiz kimi, Azərbaycan torpaqları 30 il təcavüzkar Ermənistan dövləti tərəfindən işğala məruz qalmışdır. Lakin bir sıra beynəlxalq təşkilatlar Qarabağ problemini həll etmək üçün ciddi səy göstərmədilər. 1993-cü ildən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilmədi və sonda Azərbaycan öz haqq davasını döyüş meydanında həll etdi. Belə bir təşkilatlardan olan MİNSK qrupu 28 il ərzində münaqişənin həll olunmasına dair hec bir nəticə əldə edə bilmədi. MİNSK qrupu tərəfindən qəbul edilmiş Madrid prinsipləri artıq qəbul olunub.
Və biz bundan sonra Cənubi Qafqazın inkişafına dair təkliflər irəli sürməliyik bu yöndə fəaliyyətimizi daha da intensivləşdirməliyik. Qarabağda görülən quruculuq işləri “Ağıllı şəhər” , “Ağıllı kənd”, “Zəfər yolu” layihələri buna baris nümunədir.
30 il ərzində təcavüzkar Ermənistan dövləti Azərbaycana qarşı nəinki, işğalçılıq siyasəti aparmış, eyni zamanda Azərbaycana qarşı misilli görünməyən əsl barbarlıq törətmişdir. Ermənistan dövləti soyqırım və vandalizm törətməklə Azərbaycan xalqını tarix səhnəsindən silməyə çalışmışdır.
1905-1918-ci illər eləcə də yaxın keçmişimizdə 20-ci əsrin ən dəhşətli olan “Xocalı faciəsini” illər keçsədə Azərbaycan xalqının yaddaşında dərin iz buraxmışdır. Azərbaycan xalqının güclü iradəsi və müzəffər ordumuzun qüdrəti sayəsində bütün şəhidlərimizin və “Xocalı faciəsinin” qurbanlarının qisasını aldıq.
Azərbaycan xalqı çox millətli bir ölkədir. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edildiyi kimi, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bu ölkənin vətəndaşıdır. Azərbaycanda yaşayan yerli sakinlərlə birlikdə eyni bərabər hüquqa malikdilər. Hətta bunu 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində yerli xalqın nümayəndələri ilə yanaşı digər xalqların talış, ləzgi, yevrey, rus və. s nümayəndələri qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdılar. Bu sarsılmayan güc Azərbaycan xalqının bir yumruq altında birləşməsini bütün dünyaya nümayiş etdirdi. Yəni dinindən, dilindən və mənsubu kimliyindən asılı olmayaraq hətta illər boyu Azərbaycanda yaşayan ermənilərdə bu ölkənin vətəndaşı olmaq hüququna malikdirlər. Bu sözsüzki, Azərbaycanın necə bir tolerant dövlət olduğunu, multikulturalizm dəyərlərinə hörmətlə yanaşdığını bir daha sübut edir.
Bildiyimiz kimi, təcavüzkar Ermənistan dövləti Azərbaycana qarşı ərazi iddialarını qaldırmaqla yanaşı Qarabağda qondarma Dağlıq Qarabağ Muxtar vilayəti yaratmağa çalışmışdır. Lakin 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilmişdir. Hətta ötən əsrin tarixində də qeyd olunurki, Zəngəzur mahalıda Qədim Azərbaycan torpaqlarıdır. 1920-ci ilin noyabrında Zəngəzur mahalı Azərbaycandan alınaraq Ermənistana birləşdirilmişdir. Bizim tam hüququmuz çatırki, həm İrəvanı həm də Zəngəzuru geri qaytarmağa. Və biz inanırıqki, Qarabağı geri qaytardığımız kimi Azərbaycanın köksündən qoparılmış bütün tarixi torpaqlarımızı geri qaytaracayıq.
Vətən müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixində Üçtərəfli Bəyanamə imzalanmışdı. Çox təəssüf ki, Ermənistan tərəfi Cənubi Qafqazın inkişafı və sülhü naminə bəyanaməyə əməl etmir. Üçtərəfli bəyanata əsasən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır.
Ermənistan tərəfindən imzalanan kapitulyasiya aktı demək olarki, pozulmuşdur. Buda artıq regionda disbalans yaradır. Biz çalışırıqki, Ermənistana bu sülhə təşviq edək. Ermənistan unutmamalıdırki, onun bir dövlət kimi varlığı yalnız və yalnız Azərbaycan və Türkiyə ilə həm siyasi həmdə iqtisadi dostluq münasibətlərinin qurulmasındadır.
Nəsimi rayon sakini
Abbasova Pərvanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki